WGS-84

NAD 27 koordinat sistemi 1927-ci ildə ABŞ-də astronomiya-geodeziya, qravimetriya və nivelirləmə şəbəkələri əsasında yaradılmışdır. Bu koordinat sistemi təxminən 60 ildən sonra 1983-cü ildə NAD 83 koordinat sistemi ilə əvəz olunub. Sonra isə, yəni 1996-cı ildən koordinatları 10 sm dəqiqliyində hesablanan WGS-84 koordinat sisteminə keçmişlər. Bu qlobal WGS-84 koordinat sistemindən başqa regional və geosentrik koordinat sistemləri mövcuddur. Bunlardan ən məşhuru Avropa koordinat sistemidir. Yer səthi EUREE şəbəkəsi ilə örtülüb.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne